Şimali Makedoniyanın "Sileks" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində"Qarabağ"la matç üçün Azərbaycana yollanıb.
BakuCity.az xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Bakıya səfər edir. Nəşr Bakıya yollanan heyətdə itkinin olmadığını vurğulayıb.
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq. (report)
BakuCity.az