Bakının əsas magistral yollarında sürət həddi endirildi

Bakının əsas magistral yollarında sürət həddi endirildi

Paytaxtın əsas magistral yollarında sürət həddi endirilib.

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır:

“Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik”. (yenicag.az)

BakuCity.az

Bakının əsas magistral yollarında sürət həddi endirildi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər