Təhsil Nazirliyində müəllimlərin maaşı məsələsinə toxunulub.
Təhsil Nazirliyinin rəsmi "Facebook” hesabında yeni tədris ili ilə bağlı gedən müzakirələrdə müəllimlərin maaşı məsələsinə də toxunulub.
BakuCity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin bildirdiyinə görə, hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsir göstərməyəcək.
"Mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək. Ənənəvi tədris planları qalacaq. Buna görə müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur” - deyə, R. Tağıyev bildirib.
BakuCity.az