“Uşaqpulu” ilə bağlı açıqlama: 7-8 yaşadək...

“Uşaqpulu” ilə bağlı açıqlama: 7-8 yaşadək...

Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər.

BakuCity.az xəbər verir ki, Millin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib.

V.Əhmədov bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir:

"Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də, uşaqpulu verilməsə də olar. Amma elə müavinətlər var ki onları verməmək də olar. Uşaqpulu isə mütləq verilməlidir. Çünki, ünvanlı dövlət sosial yardımı bütün ehtiyacı olan ailələri əhatə etmir. Bununla bağlı müəyyən çatışmazlıqlar var. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı insanlardan çoxlu şikayətlər daxil olur". (Sputnik Azərbaycan)

BakuCity.az

“Uşaqpulu” ilə bağlı açıqlama 7-8 yaşadək uşaqlar baki xeber xeber gendem gündelik xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər