Binəqədidə yanğın hadisəsi baş verib.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
BakuCity.az xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BakuCity.az