Yasamalda motosiklet beton maneəyə çırpıldı

Yasamalda motosiklet beton maneəyə çırpıldı

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Aydəmirov Rövşən Məhərrəm oğlu motosikletdə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. (report)

BakuCity.az

Şərhlər