Azərbaycanda ikinci dalğa başlayıb? - SƏRT KARANTİN

Azərbaycanda ikinci dalğa başlayıb? - SƏRT KARANTİN

"Son yumşaldılma qərarından sonra yoluxma sayında müəyyən qədər artım müşahidə olunur. Çimərliklərin açılmasından sonra sayın artması gözlənilən idi".

BakuCity.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar İsgəndərov son günlər Azərbaycanda yoluxma sayının artması ilə bağlı danışarkən deyib.

V. İsgəndərov yumşaldılma qərarının insanlarda arxayınlıq yaratdığını bildirib:

“İnsanlar yumşalmadan sonra düşünür ki, artıq karonavirus yox olub, amma bu düşüncə yanlışdır. Yenidən artım olarsa, hansısa formada yenidən qadağalara gedə bilərik. Təbii ki, bunu mütəxəsislər, Operativ Qərargah daha dəqiq bilir və bu istiqamətdə aparılan analizlərdən sonra uyğun qərar verirlər.

Millət vəkili xüsusi karantin rejimindən daha çox qaydalara əməl etməyin vacib olduğunu bildirib:

“Artıq küçədə insanlar maska taxır, sosial məsafə qaydalarına əməl edir. Bütün bunlardan sonra sağalanların sayı ilə, yoluxanların sayı arasında böyük bir fərq yarandı. Amma yumşaldılmaların davamlı olması üçün insanlar daha çox diqqətli olmalı, qaydalara maksimum dərəcədə önəm verməlidirlər”. (redaktor.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər