Azərbaycanda bu tarixdə koronavirus bitəcək? - AÇIQLAMA

Azərbaycanda bu tarixdə koronavirus bitəcək? - AÇIQLAMA

Azərbaycanda həm koronavirus, həm də karantin rejimi bitə bilər.

Azərbaycanda avqustun 17-də açıqlanan rəsmi statistikaya görə 124 nəfər koronavirusa yoluxub, 167 nəfər sağalıb, 2 nəfər isə dünyasını dəyişib.

Bu, ölkədə koronavirusun ikinci dalğasının başlamasından xəbər verir?

BakuCity.az xəbər verir ki, bununla bağlı danışan professor Adil Qeybullanın fikrincə, ikinci dalğanın olması üçün birincinin sona çatması vacibdir.

"Birinci dalğa bitməmiş artım olarsa, bu artıq infeksiya baş verməsi deməkdir. May ayında da da bu hal təkrarlanmışdı. Bizdə infeksiya da ola bilər, birinci dalğa azalıb sona çatmaqla ikinci dalğa da başlaya bilər. Bunların hər biri mümkündür. İkinci dalğanın olması payızda gözlənilir. 

Virus zəifləməyə doğru getməklə yanaşı ömrü də azalır. Bu uzun müddət bu formada davam edə bilməz. Koronavirus payız fəslinin sonunda bitməlidir", - deyə A. Qeybulla bildirib. (konkret.az)

BakuCity.az

Şərhlər