Bakıda restoran və kafelərin qapalı zallarını işlədənlər və müştəriləri saxlanıldı

Bakıda restoran və kafelərin qapalı zallarını işlədənlər və müştəriləri saxlanıldı

Paytaxtaxtda restoran və kafelərin qapalı zallarını işlədənlər və müştəriləri polis idarəsinə çağırılıb.

Bakının Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına​ əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.​

BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmçinin oxu: Azərbaycanda kafe və restoranların fəaliyyətinə icazə verildi - ŞƏRTLƏR

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi, 13-cü və 15-ci Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə 8 nəfər müəyyən olunub.

Əsasən restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normalarını pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

Həmçinin oxu: Bakıda birgə reydlər keçirilir

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

BakuCity.az

Şərhlər