"Ermənistan 2016-cı ilin aprelində 1994-cü il Bişkek Protokolunu əvəz edəcək Azərbaycanla yeni atəşkəs sazişi imzalamaqdan imtina edib".
BakuCity.az xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib:
“Bizdən Azərbaycan tərəfi yeni saziş müqaviləsi imzalamaq təklifini qəbul edəcəyimizi gözləyirdi. Ancaq 1994-cü ilin may ayındakı sülhün qeyri-müəyyənliyini təsdiqlədik və imtina etdik”.
S. Sarkisyanın sözlərinə görə, əslində, Ermənistan tərəfi münaqişənin bərabər tərəfi kimi Qarabağı da görmək istəyirdi: “Bu baxımdan yeni sənəd qəbul edilmədi”.
Daha sonra, ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəsmi mövqeyi qəbul edildi, bununla da atəşkəsin qeyri-müəyyənliyi təsdiqləndi.
Xatırladaq ki, Qarabağdakı son böyük hərbi əməliyyatların aktiv mərhələsi aprelin 2-nə keçən gecə başlayıb və 5 aprel 2016-cı ilədək davam edib. Ermənistan Silahlı Qüvvələri dörd gün ərzində 100-dən çox hərbçisini itirib.
Haşiyə: Serj Sarkisyan Aprel döyüşlərindəki məğlubiyyətin məsuliyyətindən yaxa qurtarmaq üçün erməni ictimaiyyətinə köklənən açıqlamalar verib. (konkret.az)
BakuCity.az