Azərbaycanda uşağın ərə verilməsinin qarşısı alındı

Azərbaycanda uşağın ərə verilməsinin qarşısı alındı

Azərbaycanda yeniyetmə qızın məcburi ərə verilməsi baş tutmayıb.

Azərbaycanda yeniyetmə qızın məcburi ərə verilməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

BakuCity.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Mehriban Zeynalova bu gün səhər tezdən edilən zəngdə rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılması məlumatını aldığını bildirib.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günorta artıq məlumat aldım ki, ailə ilə görüşülüb hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, amma məcburi ərə verildiyini təsdiq edib", - deyə M. Zeynalova bildirib.

BakuCity.az

Şərhlər