“Lotu Quli” Bakıda dəfn ediləcək - FOTO/VİDEO (YENİLƏNİB)

“Lotu Quli” Bakıda dəfn ediləcək - FOTO/VİDEO

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov atasının yanında dəfn ediləcək.

BakuCity.az xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında atasının məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, N.Səlifov Türkiyədə güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

09:52

“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən şəxsin kimliyi ilə bağlı ilkin versiyalar var. 

Qatilin Nadir Səlifova yaxın adamlardan olan Xan Əhmədlinski olduğu bildirilir. 

“Lotu Quli”nin dörd güllə yarası alaraq qətlə yetirildiyi qeyd edilir.

07:50

“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.

Cinayətdə şübhəli bilinən şəxs qaçmaq istəyərkən Antalya-Dənizli avtomagistralında yaxalanıb.

Qeyd edilir ki, “Lotu Quli” Serik rayonunda bir hotelin restoranında öldürülüb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını kriminal avtoriteti xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Lotu Quli” Bakıda dəfn ediləcək - FOTO/VİDEO (YENİLƏNİB), fotoşəkil-1

BakuCity.az

Şərhlər