Bakıda toylara start verildi: son iki gündə...

Bakıda toylara start verildi: son iki gündə...

Ölkədə qadağa qoyulsa da, restoranlarda iki gündür toy edilir.

Azərbaycanda sərtləşdirilmiş karantin rejimi çərçivəsində avqustun 18-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsindən sonra toy və nişan mərasimlərinin bu qaydalar çərçivəsində keçirilib-keçirilməməsi gündəmə gəlmişdi. Amma rəsmilər toyların kütləvi tədbir olduğu üçün qadağan olunduğunu bildirmişdilər.

BakuCity.az xəbər verir ki, son günlər Bakının bir neçə məşhur restoranında toy və nişan mərasimləri keçirilib, bəzi müğənnilər də toylarda mahnı oxuyub, aparıcılıq ediblər.

Restoranların açıq havada fəaliyyətə başlamasından sonra Bakıda 20-yə yaxın toy olub. Təkcə dünən paytaxtda 6 toy mərasimi gerçəkləşib.

Bu tədbirlərdən birindən mediapost.az saytı video görüntü yayıb. Dünən “Şeron” qrupunun üzvləri “Nar&Şərab” restoranında nişan mərasimində aparıcılıq ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, bütün bu kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə cəhdlərdir, toy mərasimi keçirilməyib”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb: “Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub”. (baku.ws)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər