Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda 21 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 32-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

BakuCity.az

Bakıda sabaha gözlənilən hava hava proqnozu baki,bakida hava isti olacaq bu gün bakida hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər