"Vətəndaşlar bu işdə maraqlı olmalıdır" - Seroloji testlə bağlı MQTƏXƏSSİS RƏYİ

"Vətəndaşlar bu işdə maraqlı olmalıdır" - Seroloji testlə bağlı MQTƏXƏSSİS RƏYİ

“Aparılacaq seroloji testlər bizə pandemiya ilə mübarizədə optimal yanaşma seçməyə imkan verir”.

BakuCity.az xəbər verir ki, bunu əhali arasında yeni növ koronavirusa qarşı immunitetin öyrənilməsi məqsədilə həyata keçiriləcək seroloji tədqiqatların əhəmiyyətindən danışan infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Fərrux Sədirov deyib.

Fərrux Sədirovun sözlərinə görə aparılan testlər ölkənin “pandemiya xəritəsini” dəqiq hazırlamağa kömək edəcək:

“Seroloji müayinə insanlarda virusa qarşı immunitetin yaranıb-yaranmadığını ölçən bir testdir. Biz bu testləri həyata keçirərkən aktiv, sağalmış və immunitet qazanmış xəstələr haqqında məlumat əldə edirik. Bu da bizə pandemiyanın ölkə üzrə xəritəsini görməyə və pandemiya ilə mübarizədə optimal yanaşma seçiminə imkan verir. Tutaq ki, hər hansı bölgədə bu testlər aparıldı və xəstəliyə qarşı immunitet qazanmış şəxslərin sayı çox oldu. Bu zaman həmin bölgəni biz “az riskli bölgə” olaraq təsnifatlandıracağıq.

Digər tərəfdən xəstələrin özləri də bu işdə maraqlı olmalıdır. Çünki xəstəliyi keçirib-keçirmədiyini, hazırda xəstə olub-olmadığını, onda immunitetin yaranıb-yaranmadığını öyrənmiş olacağıqlar. Bu, dövlət tərəfindən pulsuz həyata keçiriləcək və çox ağrısız, qısa sürən prosesdir. Verilən üç-beş millilitr qanla bir saat ərzində cavab əldə olunur”- deyə F.Sədirov bildirib. (yenicag.az)

BakuCity.az

Şərhlər