Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda 22 avqustda gözlənilən hava şəraiti açqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Güclü şimal-qərb  küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  26-28, Bakıda  gecə 21-23, gündüz  26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm  civə sütununa  yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.   

Abşeron çimərliklərində güclü şimal-qərb  küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BakuCity.az

Şərhlər