Paytaxt Bakıdan başqa şəhərə köçürülür? - AÇIQLAMA

Paytaxt Bakıdan başqa şəhərə köçürülür? - AÇIQLAMA

Paytaxt Bakıdan başqa şəhərə köçürülür? 

Zaman-zaman müzakirə olunan məslələrdən biri də paytaxın Bakıdan digər böyük şəhərlərə köçürülməsidir. Pandemiyadan sonra bu məsələ yenidən müzakirə oluna bilərmi?

BakuCity.az xəbər verir ki, bu sualı deputat Müşfiq Cəfərov cavablandırıb.

M. Cəfərovun sözlərinə görə, belə məsələlər ancaq ictimaiyyətdə müzakirə olunur, amma bu məsələyə baxıla bilər.

"Bununla bağlı məsələ sosial şəbəkələrdə də müzakirə olunduğunun şahidi olmuşam. Bu, hazırkı dövrdə heç də asan məsələ deyil. Çünki biz müharibə şəraitində yaşayırıq, münaqişə başa çatmayıb. Düzdür, keçmişdə belə bir təcrübə olub. Postsovet məkanında paytaxt Almatı şəhərindən Astanaya köçürülüb.

Onlarda münaqişə olmadığına görə bunu asanlıqla ediblər. Bizdə isə bu məsələyə hərtərəfli baxılmalı və müzakirə olunmalıdır. Münaqişə başa çatmayana qədər hər hansı bir addımlar atılsa ciddi problemlərə səbəb olar", - deyə deputat bildirib. (sonxeber.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər