"Neftçi"nin kapitanı: "Şkupi" ilə matç əsasdır

"Neftçi"nin kapitanı: "Şkupi" ilə matç əsasdır

"Neftçi"nin kapitanı Emin Mahmudov açıqlama verib.

"Düşünürəm ki, yoxlama oyunları çempionata təsir etmir. Çünki həmin matçlar ona görə lazımdır ki, biz daha yaxşı forma yığaq. Təlim-məşq toplanışında həmişə ağır məşqlər olur, bu dəfə də belə idi".

BakuCity.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi televiziyasına açıqlamasında deyib. 

28 yaşlı yarımmüdafiəçi yoxlama oyununda "Sabah"a 2:5 hesabı ilə uduzduqları matçdakı nəticənin yaxşı olmadığını söyləyib. Mahmudovun sözlərinə görə, bu məğlubiyyət çempionata təsir etməyəcək:

"Belə oyunlar bizi Premyer Liqaya hazırlayır. Yeni mövsümə necə hazırlaşdığımızı çempionatdakı qarşılaşmalar göstərəcək".

Kapitan hər yeddi oyundan bir eyni klublarla qarşılaşdıqlarını və bunun üçün ilk rəqibin hansı komanda olmasının əhəmiyyət kəsb etmədiyini sözlərinə əlavə edib:

"Səbail","Zirə" və ya digərləri ilə də oynayacağıq. Əsas "Şkupi" ilə matçdır. Məşqçilər heyəti rəqibin yaxşı və pis tərəflərini bizə göstərir".

Qeyd edək ki, "Neftçi" bu gün Azərbaycan Premyer Liqasının I turunda "Səbail"i qəbul edəcək. "Bakcell Arena"dakı qarşılaşma saat 20:30-da başlayacaq. 

Avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" (Şimali Makedoniya) oyunu saat 20:00-da start götürəcək. (report)

BakuCity.az

Şərhlər