Nazirlər Kabineti qərar qəbul etdi: 3 ay müddətində...

Nazirlər Kabineti qərar qəbul etdi: 3 ay müddətində...

Nazirlər Kabineti qərar qəbul edib.

Son günlər sosial şəbəkələrdə pandemiya dövründə qaydaları pozanların cərimələrinin ləğv olunacağı ilə bağlı məlumatlar yayılır.

BakuCity.az xəbər verir ki, bu məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev münasibət bildirib.

Kamran Əliyev bildirib ki, cərimələri qeyd edilən vaxtlarda ödəməyən şəxsləri məhkəmələr ictimai işlərə cəlb edə bilər: "Heç kim düşünməsin ki, bir müddət keçdikdən sonra onlar barəsində tətbiq edilən cərimələr silinə bilər".

Kamran Əliyevin sözlərinə görə, pandemiya dövründə istər sürücülər, istər sərnişinlər, istərsə də piyadalar arasında qaydaları pozan kifayət qədər şəxslər olub. Onlar polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində cərimə tətbiq edilib. Cərimələnənlər arasında inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə uyğun, yəni "tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən müvafiq yerlərdə istifadə etməyənlər üstünlük təşkil edir. K.Əliyev onu da bildirib ki, heç kəs məsuliyyətdən yayına bilməyəcək.

Qurum rəsmisi onu da əlavə edib ki, həmin şəxslər 3 ay müddətində cəriməni ödəmədikləri halda məhkəmələr tərəfindən onların 160 saatdan 240 saatadək ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər.

Xüsusi karantin rejimi qaydalarını pozub cərimə olunan şəxslərə tövsiyə olunur ki, həmin cərimə məbləğini vaxtında ödəsinlər. (parla.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər