Ramiz Mehdiyevin kürəkəni həbs edildi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni həbs edildi - VİDEO

Ramiz Mehdiyevin kürəkəninə 15 sutka həbs cəzası verilib.

Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

BakuCity.az xəbər verir ki, işə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Qərara əsasən, adıçəkilən şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Həmçinin oxu: Ramiz Mehdiyevin kürəkəni hakim qarşısına çıxarılıb - FOTO (YENİLƏNİB)

Bundan başqa, onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər