Uşaqlar maska taxsınlarmı? - AÇIQLAMA

Uşaqlar maska taxsınlarmı? - AÇIQLAMA

Təşkilat, nəzərə alınmalı olan amilləri sadalayıb.

Ümumdünya Səhiyyə Təşkilatı, uşaqların qoruyucu maska taxmaları ilə bağlı tövsiyələrini yeniləyib. 

BakuCity.az xəbər verir ki, bu barədə ÜST-nin rəsmi saytında təqdim olunan tövsiyələrdə deyilir.

Təşkilat beş yaşdan 12 yaşa qədər uşaqların maska taxmalarını məsləhət görmür. Çünki onlar bu qoruyucu vasitələrdən düzgün istifadə edə bilmirlər. Amma 12 yaşdan yuxarı uşaqlar fərdi qoruyucu vasitələrdən böyüklər kimi eyni şəkildə istifadə etməlidirlər.

ÜST qeyd edib ki, fərdi qoruyucu vasitələrin istifadəsi sosial məsafəni saxlamaq mümkün olmayan yerlərdə, həmçinin koronavirusun yüksək olduğu bölgələrdə olmalıdır.

Həmçinin oxu: Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Təşkilat, maska istifadə etməyinizə qərar verərkən nəzərə alınmalı olan amilləri sadalayıb:

uşağın yaşadığı ərazidə virusun geniş yayılması var;

uşağın maskanı etibarlı və lazımlı şəkildə istifadə edə bilməsi;

maskaların əlçatanlığı və məktəblərdə, eləcə də uşaq baxımı xidmətlərində maskaların dəyişdirilməsi;

maska taxmağın öyrənmə və psixososial inkişafa potensial təsiri;

uşaqda xüsusi şərtlər və koronavirus riski olan digər insanlarla qarşılıqlı təsir.

BakuCity.az

Şərhlər