Onlar Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdikləri üçün cəzalandırılıblar.
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıblar.
BakuCity.az xəbər verir ki, S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar.
Bundan başqa, Flarmoniyanın direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadə də toyda iştirak etdiyinə görə eyni məbləğdə cərimə edilib.
BakuCity.az