Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcək? - TƏBİB-dən AÇIQLAMA

Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcək? - TƏBİB-dən AÇIQLAMA

Yeni tədris ili ilə bağlı TƏBİB-in mətbuat katibi açıqlama verib.

Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalıb. Bu gün hər kəsi düşündürən məsələ dərslərin hansı formada keçiriləcəyidir.

Sentyabrın 15-dən dərslərin hansı formada keçirilməsi nəzərdə tutulur? Yeni tədris ili ilə bağlı hansı qaydalar hazırlanır?

BakuCity.az xəbər verir ki, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bununla bağlı qərarları Operativ Qərargah tərəfindən veriləcəyini deyib:

"Bizim tərəfimizdən yalnız lazım olan sənədlər hazırlana bilər. Brifinqdə səsləndirildiyi kimi bu və digər məsələlər Operativ Qərargah tərəfindən müzakirə olunur. Bütün təkliflər barəsində araşdırılır. İstənilən halda qərarları gözləmək lazımdır”.

Qeyd edək ki, bir neçə gün öncə Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir. Ənənəvi və qarışıq. Yəni Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur.

Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir.

İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər