Rayonlara gediş-gəliş bərpa edilir - AÇIQLAMA

Rayonlara gediş-gəliş bərpa edilir - AÇIQLAMA

Rayonlara gediş-gəlişin bərpası necə qiymətləndirilir?

Nazirlər Kabineti Yanında Operativ Qərargahın ötən brifiqində Prezidentin köməkçisi Şahmar Mövsümov avqustun 24-dən rayonlara gediş-gəlişin bərpasının müzakirə olunduğunu deyib.

Mövcud şəraitdə rayonlara gediş-gəlişin bərpası necə qiymətləndirilir?

BakuCity.az-ın məlumatına görə, millət vəkili Razi Nurullayev qeyd edib ki, rayonlara gediş-gəlişin bərpa olunmalıdır:

“Hər zaman karantin rejimin yumşaldılmasından yanayam. Demək olar ki, virusla necə davranacağımızı, onunla birgə yaşamağı, virusu kontrolda saxlamağı öyrənmişik. Son zamanlarda qərarlarda yumuşalmalara şahid oluruq. Bu, kifayət deyil. Artıq yollar açılmalı, rayonlara gediş-gəliş bərpa olunmalıdır”.

Deputat qeyd edib ki, insanların psixoloji vəziyyəti çox ağırdır, hər kəs gərginlik içindədir:

“Qərar veriləndə, bu da nəzərə almalıdır. Hazırkı vəziyyətdə rayonlara rahat gedib-gəlmək təhlükə kəsb etmir. Məsələn, Böyük Britaniyada virusla bağlı vəziyyət bizdən çox ağırdır, amma orada məktəblər açılıb. Düşünürəm ki, yəqin yaxın günlərdə bizdə də rayonlarla bağlı qadağa aradan qalxacaq”-deyə, millət vəkili əlavə edib. (redaktor.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər