Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə dünən Sabunçu rayonunda qeydə alınıb.
Maştağa Zabrat yolunda qeydə alınan qəza nəticəsində 1999-cu il təvəllüdlü Həsənov Murad İlqar oğlu, 1964-cü il təvəllüdlü Həsənov Arif Feyruz oğlu və 1990-ci il təvəllüdlü Musayev Cavid Camal oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (report)
BakuCity.az