Bakıda həbs edilən Eldar Həsənovla bağlı YENİ QƏRAR

Bakıda həbs edilən Eldar Həsənovla bağlı YENİ QƏRAR

Sabiq baş prokuror Eldar Həsənovun barəsindəki cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətindəki işlərdən ayrılaraq prokurorluğa göndərilib.

BakuCity.az xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov bildirib.

Adil İsmayılov qeyd edib ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və DTX İstintaq idarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib:

Həmçinin oxu: Eldar Həsənovun necə saxlandığı açıqlandı

“Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb”.

Qeyd edək ki, Serbiya, Monteneqroda və Bosniya Herseqovinada fövqəladə və səlahiyyətli səfir olan E.Həsənov barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər