Bakıya suyun verilişi dayandırılacaq - XƏBƏRDARLIQ

Bakıya suyun verilişi dayandırılacaq - XƏBƏRDARLIQ

Bakı və bir neçə rayonda suyun verilişi dayandırılacaq.

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

BakuCity.az xəbər verir ki, “Azərsu” ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etməyi tövsiyə edir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər