Sərt karantinlə bağlı şad xəbər - QADAĞALAR LƏĞV EDİLİR

Sərt karantinlə bağlı şad xəbər - QADAĞALAR LƏĞV EDİLİR

"Son günlər yoluxmaların sayı ilə sağalanların sayı təxminən eyni səviyyə çatıb. Bu da yeni yumşaldıcı qərarların qəbul olunmasına zəmin yaradır".

BakuCity.az xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov ölkədə karantin qaydalarının yumşaldılması haqqında danışarkən deyib.

“Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə gündəlik koronavirusa yoluxmaların monitorinqini keçirir və vəziyyətə uyğun qərarlar qəbul edilir. Əvvəl ölkədə sərt karantin rejimi tətbiq edildi, daha sonra vəziyyət analiz olundu və yumşalmalar həyata keçirildi.  

Hər dəfə karantin rejiminin sərtləşdiriliməsi qərarı qəbul olunanda ölkədə bütün rayonlar üzrə ayrı-ayrılıqda yoluxma dinamikası öyrənilir və sonra qərar verilir. Hazırda müəyyən yumşalmalar olsa da, 13 şəhər və rayonda sərt karantin rejiminin tətbiqi qalmaqdadır. Son günlərin dinamikası göstərir ki, yoluxanların sayı sağalanlarla təxminən eyni səviyyə çatıb. Bu da yeni yumşaldıcı qərarların qəbul olunmasına zəmin yaradır”, - deyə A. Badamov bildirib.

A. Badamov dünyada da artıq karantin qaydalarında bir sıra yumşaldılmaların həyata keçdiyini:

“Dünya praktikasında da artıq iqtisadi sahələr üzrə tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb. Düşünürəm ki, Operativ Qəragah ölkəmizdə də qeyd etdiyim sahələrdə yaxın zamanlarda yumşalmalar həyata keçirəcəkdir. Bütün bunlarla yanaşı tibbi maskanın taxılmasına və xüsusi qaydalara riayət olunmasına nəzarət gücləndirilməlidir. Hazırda vəziyyət ondan ibarətdir ki, biz koronavirusla yanaşı yeni qaydalara uyğun həyat-şəraitinə uyğun yaşamalıyıq. Düşünürəm ki, ən düzgün qərarları Operativ Qərargah qəbul edəcək”. (redaktor.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər