Bakıda 37 yaşlı piyadanı avtomobil vurdu

Bakıda 37 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

1983-cü il təvəllüdlü Əliyev Ramal İman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Şərhlər