Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Bakı-Sumqayıt yolu ilə üzbəüz 12 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində mənzil yanır.
BakuCity.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 26 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində qeydə alınıb.
İlk yanğın binanın elektrik xətlərində başlayıb.
Hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardımın əməkdaşları cəlb olunub.
Yanğınısöndürənlər içəridə köməksiz qalan iki qadını mənzildən təxliyə ediblər.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.