Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı

Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.

BakuCity.az xəbər verir ki, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsi yanır.

Nazirliyin əməkdaşları binadan təxliyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb. (report)

Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı, fotoşəkil-1

BakuCity.az

Şərhlər