Bakı Metrosu ilə bağlı YENİ XƏBƏR

Bakı Metrosu ilə bağlı YENİ XƏBƏR

Bəs metronun sentyabrın 1-dən açılma ehtimalı varmı?

Metronun işləməməsi ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərini çətin vəziyyətə salıb. Səhər işə, axşam evinə tələsən insanlar avtobuslarda basabasda gedib-gəlir. Buna görə də əhali metronun açılmasını dördgözlə gözləyir.

Bəs metronun sentyabrın 1-dən açılma ehtimalı varmı? Hazırlıqla bağlı quruma tapşırıq verilbmi?

BakuCity.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun açılması ilə bağlı qərarın quruma aid olmadığını xatırladıb.

B. Məmmədov qeyd edib ki, bu barədə hələ heç nə deyilməyib:

"Metroda iş elə qurulub ki, adi rejimdə hərəkəti təmin etmək üçün bütün infrastruktur hazır vəziyyətdə saxlanılır. Məcburiyyət yaransa, metronun bir gün ərzində fəaliyyətə başlamasında problem olmaz. Təbii ki, daha rahat işi təmin etmək üçün adi iş rejimi qaydasında 2-3 gün əvvəl olsa, hər şeyi rahat təmin etmək olur. Çünki metroda müəyyən təlimat və digər normativ tələblərin, texniki-istismar qaydalarının şərtlərinə uyğun əmrlər, tapşırıqlar verilir. Amma yenə də deyirəm ki, adi iş rejiminə metro hazır saxlanılır”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bu barədə məlumatın olmadığını deyib. (lent.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər