Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Bakıda 27 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-28,  Bakıda  gecə 20-22, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi  əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada  22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

BakuCity.az

Şərhlər