Xırdalanda 12 mərtəbəli yaşayış binasındakı yanğının səbəbi bəlli olub.
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb.
Həmçinin oxu: Xırdalanda çoxmərtəbəli binada mənzil yanır - FOTO / VİDEO
BakuCity.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BakuCity.az