Baş nazir qərar imzaladı: oktyabrın 1-dək uzadıldı

Baş nazir qərar imzaladı: oktyabrın 1-dək uzadıldı

Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. 

BakuCity.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Covid-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər