Avtobusda sürücünü vuran sərnişinlə bağlı qərar verildi - VİDEO

Avtobusda sürücünü vuran sərnişinlə bağlı qərar verildi - VİDEO

13 nömrəli marşrut avtobusunda ona maska taxmasını deyən sürücünü vuran sərnişinin cəzası bəlli olub.

BakuCity.az xəbər verir ki, sürücünü vuran Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.

A. Nehmətli bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib. (qafqazinfo)

BakuCity.az

Şərhlər