ANS bərpa olunur - RƏSMİ

ANS bərpa olunur - RƏSMİ

Mustafayevlər yeni bir layihə yaradıblar.

Məşhur TV və radio jurnalistləri, ANS şirkətlər qrupunun qurucuları, qardaşlar Vahid və Seyfulla Mustafayevlər yeni bir layihə yaradıblar.

BakuCity.az xəbər verir ki, qardaşlar “Youtube”da yayımlanan videoda Çingiz Mustafayev adına ANS-in fəaliyyətini bərpa ediblər.

İnternet kanalının yaradılması görkəmli azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 60 illik yubileyi ilə əlaqədardır.

2015-ci ilə qədər Çingiz Mustafayev adına ANS radiosu 102 FM radio dalğasında fəaliyyət göstərib və bu gün, 25 avqustda “Youtube”da ANS radio kanalının yenidən fəaliyyətə başladığını elan edib.

“Biz bütün ölkə ilə birgə internet yayıma keçdik. İnanıram ki, internetdə geniş auditoriyaya sahib olacağıq. İşləyəcək”, – deyə virtualaz.org-a açıqlamasında Vahid Mustafayev qeyd edib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər