"Şerif" Bakıdakı matçda yubiley qolunu vurdu

"Şerif" Bakıdakı matçda yubiley qolunu vurdu

"Şerif" Bakıdakı matçda yubiley qolunu vurub.

Moldovanın "Şerif" klubu UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində "Qarabağ"a uduzduğu matçda yubiley gerçəkləşdirib. 

BakuCity.az yerli mətbuata istinadən xəbər verir ki, Tiraspol təmsilçisi Bakıdakı görüşdə avrokuboklarda 100-cü qoluna imza atıb. Frank Kastanyedonun 78-ci dəqiqədə vurduğu top komandanın tarixinə düşüb. 

Qeyd edək ki, "Qarabağ" "Şerif"i 2:1 hesabı ilə məğlub edərək ÇL-də III təsnifat mərhələsinə yüksəlib. 

BakuCity.az

Şərhlər