Karantin rejimi yenidən uzadılır - AÇIQLAMA

Karantin rejimi yenidən uzadılır - AÇIQLAMA

Azərbaycanda sərt və ümumi karantin rejiminin sentyabrın 1-də bitməsi nəzərdə tutulur, amma...

Ukraynada karantin rejimi noyabrın 1-dək uzadılıb. Azərbaycanda sərt və ümumi karantin rejiminin sentyabrın 1-də bitməsi nəzərdə tutulur. Lakin karantin rejimin yenidən uzadılması ehtimalı böyükdür. Çünki yoluxanların sayı 3 rəqəmdən aşağı düşməyib. Bundan əlavə gündəlik yoluxanların sayı sağalanlardan xeyli çoxdur.

BakuCity.az-ın məlumatına görə, bununla bağlı deputat Ramil Həsən bildirib ki, 13 şəhər və rayonda sərt karantin rejimi sentyabrın 1-nə kimi uzadılıb:

"Eləcə də bütün ölkə üzrə tətbiq edilən ümumi karantin rejiminin də sentyabrın 1-i bitməsi nəzərdə tutulur. Sentyabrın 1-dən sonra Operativ Qərargah son günlər yoluxanların sayının artma, azalma və sağalma dinamikasını, bu xəstəlikdən gündəlik ölənlərin sayını nəzərə alaraq bundan sonrakı mərhələ üçün qərarlarını verəcəkdir”.

R. Həsən "COVİD 19″un yox olması ilə bağlı danışmağın hələ tez olduğunu deyib:

"Koronavirusla bir müddət hələ də yaşayacağımızı göz önünə alaraq yeni sosial məsuliyyətimizi dərk etməliyik. Düşünürəm ki, yoluxanların sayı azalarsa, növbəti mərhələ üçün qərar da ona uyğun veriləcək. Koronavirusla mübarizə hələ dünyada davam etdiyi üçün, ölüm halları 820 mini, yoluxanların sayı isə 24 milyonu ötdüyü üçün qonşu ölkələrimiz karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərarlar qəbul etdi.

Bizdə də karantin rejimi yenidən uzadılacaq, amman sərt karantin rejiminə sentyabrın 1-dən sonra da davam edib-etməyəcəyimiz barədə Operativ Qərargah tərəfindən veriləcək qərardan sonra biləcəyik”. (konkret.az)

BakuCity.az

Şərhlər