Bakıda “Sea Bay”da toy edənlər cərimələndi - FOTO

Bakıda “Sea Bay”da toy edənlər cərimələndi - FOTO

Karantin qaydalarını pozaraq toy məclisi keçirənlər məsuliyyətə cəlb olundular.

BakuCity.az xəbər verir ki, paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən "Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə alınıb.

Araşdırmalar zamanı şirkətin satış menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy mərasiinin keçirildiyi aşkar olunub.

Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyən edilib və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub.

İki nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran  işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

Bakıda “Sea Bay”da toy edənlər cərimələndi - FOTO, fotoşəkil-1

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər