Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabrın 1-dən dərslərə start verilir.
BakuCity.az xəbər verir ki, bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib.
Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.
Həmçinin oxu: Azərbaycanda məktəblər bağlandı - RƏSMİ
Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq.
Ölkənin digər ümumtəhsil məktəblərininin tədris prosesinə sentyabrın 15-də başlayacağı gözlənilir. Dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı hələlik yekun qərar verilməyib. (report)
BakuCity.az