“Lotu Quli”nin imperiyasına qardaşı rəhbərlik etməyə başlayıb.
Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur kriminal avtoritet, "Lotu Quli” ləqəbli Nadir Səlifovun imperiyasına onun kiçik qardaşı Namiq Səlifov rəhbərlik etməyə başlayıb.
BakuCity.az xəbər verir ki, bu barədə "Novaya qazeta” yazır.
Bildirilir ki, Rusiyanın meyvə-tərəvəz bazarlarındakı ticarətçilər indi N. Səlifova haqq ödəyəcəklər.
44 yaşlı N. Səlifov "qanuni oğru” statusu daşıyır və "Namiq Bakinski” ləqəbi ilə tanınır. 1996-cı ildə Azərbaycan məhkəməsi Səlifov qardaşlarına uzunmüddətli hökm çıxarıb, amma necə olubsa, N. Səlifov 2001-ci ildə azadlığa buraxılıb, 2013-cü ildə İstanbulda keçirilən "sxodka”da ona "qanuni oğru” statusu verilib.