Parlamentin deputatı öz istəyi ilə işdən çıxıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
BakuCity.az xəbər verir ki, B.Əliyev öz istəyi ilə işdən çıxıb.
Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.
Həmçinin oxu: Ramiz Mehdiyev məzuniyyətə GETDİ
Qeyd edək ki, Bəxtiyar Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi bildirilirdi. O, isə öz açıqlamasında yazılanların həqiqətə uyğun olmadığını deyib. (pravda.az)
BakuCity.az