Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda 29 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz  28-31,  Bakıda  gecə 18-20, gündüz  29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz olacaq.    

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 29-da Abşeron yarımadasında mülayim şimal küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

BakuCity.az

Şərhlər