Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötdü

Dünyada qeydə alınmış koronavirus xəstələrinin sayı 25 014 282-yə çatıb.

BakuCity.az xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19-a yoluxanlardan 17 381 570 nəfəri sağalıb, 843 100 nəfər isə vəfat edib.

Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.

Ölkəmizdə indiyədək 36 174 nəfərin koronavirusa iyoluxub, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 910 890 test icra olunub.

BakuCity.az

Şərhlər