Bakı sakini həyətində bıçaqlandı

Bakı sakini həyətində bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

BakuCity.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Məmmədov Vüqar Əkrəm oğlu tanıdığı şəxs tərəfindən yaşadığı evin həyətində bıçaqlanıb.

Yaralı təcili yardımın köməyi ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda sol saidin və əlin kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Şərhlər