Rusiyadan Ermənistana silah daşıyan təyyarənin uçuş zonası ortaya çıxıb.
BakuCity.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Qlobal” kanalı məlumat yayıb.
Avqustun 25-dən etibarən hər gün Rusiyaya məxsus İl-76 təyyarəsi Mozdok-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşurtu ilə uçuşlar həyata keçirib. Hava yolu ilə silah daşıyan Rusiya Ermənistanı silahlandırır.
Həmçinin oxu: “TRT World” telekanalı Ermənistanın Tovuzda törətdiyi təxribatdan danışdı – SÜJET
Rusiya tərəfi bu iddiaları rədd edir. Bildirilir ki, guya təyyarələr tikinti materialları daşıyır.
Əldə olunan məlumatlar isə Rusiyanın irəli sürdüyü cavabı təkzib edir.
BakuCity.az