Koronavirusun yeni növü tapıldı: bu infeksiyaya dözmək DAHA ÇƏTİNDİR

Koronavirusun yeni növü tapıldı: bu infeksiyaya dözmək DAHA ÇƏTİNDİR

Koronavirusun yeni növü.

İndoneziyada elm adamları ölkənin elmi dairələrində koronavirusun "Mutasiya D614G" adlandırılan dəyişdirilmiş növünü kəşf ediblər.

BakuCity.az xəbər verir ki, "Mutasiya D614G" barədə "The Star" qəzeti məlumat yayıb.

Cakartada yerləşən Molekulyar Biologiya İnstitutunun rəhbəri Eikman Amin Soebandrio bildirib ki, ölkədəki bütün yoluxanların təxminən 40%-i bu dəyişdirilmiş virusa yoluxub.

Onun sözlərinə görə, daha dəqiq bir mənzərə əldə etmək üçün əlavə araşdırma aparılır. 

Alim "D614G" mutasiyasının mövcudluğunda virusun ötürülməsinin daha sürətli olduğunu deyib.

Mütəxəssis insanın bu infeksiyaya dözməsinin daha çətin olduğuna dair elmi dəlillərin olduğunu da bildirib.

BakuCity.az

Şərhlər