Azərbaycanda icra hakimiyyətləri ləğv ediləcək? – AÇIQLAMA

Azərbaycanda icra hakimiyyətləri ləğv ediləcək? – AÇIQLAMA

Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis rəyi.

"Azərbaycanda dövlət idarəetməsində ciddi islahatlar aparılmalı, bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətləri ləğv edilməlidır. Ən əsası dövlət qurumlarının işi yenidən qurulmalı, səmərəliliyin ölçülməsi standartları tətbiq edilməlidir".

BakuCity.az xəbər verir ki, bu sözləri beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, ”Bureau De Qualite” şirkətinin rəhbəri Asif İbrahimov deyib. 

”İnsanlar bizə tez-tez sual verirlər ki, 5 rayonun icra başçısı həbs edilməsinə baxmayaraq yerdə qalanları niyə hələ də rüşvət, korrupsiya, tenderlərə fəsad qarışdırma və bir sıra dövlət əleyhinə fəaliyyətlərlə məşğul olurlar, hələ 6-cı rayonun da İcra başçısı həbs edilir? Əgər bələdiyyələr varsa, niyə İcra Hakimiyyətləri də mövcuddur?

Birmənalı olaraq deyirəm ki, icra hakimiyyətləri ləğv edilməlidir. Bu məsələdə Türkiyə modelininin fundamental elementlərini istifadə edə bilərik. Bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Bələdiyyələrimiz bu gün dövlətdən maliyyələşir, amma fəaliyyətləri torpaq satışından ibarətdir. Bu istiqamətdə Türkiyə modelini daha uğurlu hesab edirəm. Yerli icra orqanlarının dövlət büdcəsindən vəsait alması dayandırılmalıdır".

Asif İbrahimov qeyd edib ki, bu qurumlar özləri özlərini təmin etməli, həvalə edilmiş rayonlarda biznes mühitinin, turizmin inkişafını təmin etməli və yerli və beynəlxalq investorların cəlb edilməsini təmin etməlidirlər”. (fed.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər