Murad Dadaşov daha bir aparıcını “Xəzər”dən kənarlaşdırdı - FOTO

Murad Dadaşov daha bir aparıcını “Xəzər”dən kənarlaşdırdı - FOTO

Xəzər Tv-yə üç yeni sima gəlib.

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-nin yeni sezonunda dəyişiklik baş verib. Bir neçə gün əvvəl Zaur Kamal, Tarix Əliyev (Tolik), Ağakərim Əbülfəzoğlunun kanalın efirindən uzaqlaşdırılması, Xəzər Media Mərkəzinin nəzdindən yayımlana Dalğa TV-də tamaşaçı qarşısına çıxacağı barədə məlumat yayılıb.

BakuCity.az xəbər verir ki, siyahıya “Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanova daxil edilib. O da həmkarları kimi digər kanala transfer olunub.

Murad Dadaşov daha bir aparıcını “Xəzər”dən kənarlaşdırdı - FOTO, fotoşəkil-1

Bundan əlavə, mart ayından İTV ilə yollarını ayıran Leyla Quliyevanın Xəzər TV-də tutduğu vəzifə də məlum olub. Tanınmış sima kanalda kreativ şöbəyə rəhbər gətirilib.

Murad Dadaşov daha bir aparıcını “Xəzər”dən kənarlaşdırdı - FOTO, fotoşəkil-2

Kanala növbəti sezonda yeni simalar da cəlb olunub. ATV-nin siması olan aktyor-aparıcı İslam Mehrəliyev “Xəzər”də tamaşaçı qarşısına çıxacaq. (qafqazinfo)

Murad Dadaşov daha bir aparıcını “Xəzər”dən kənarlaşdırdı - FOTO, fotoşəkil-3

BakuCity.az

Şərhlər